İyunun 27-də saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Axundov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.
Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Nəticədə Ə.Axundov və sərnişinləri H.Əliyeva, S.Qəmbərova, M.Qasımov və İ.Əliyev xəstəxanaya yerləşdirilib. Sürücü orada ölüb, sərnişinlər isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faaktla bağlı araşdırma aparılır.
