Baş xəbərKriminal

Yol polisinin qanuni tələbinə əməl etməyən sürücü saxlanıldı

Yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Shacman” markalı, 99-XM-703 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Əli Hüseynov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Baş DYP İdarəsinin YPX Alayının I taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Əli Hüseynov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əli Hüseynov inzibati qaydada həbs edilib.

Bugün TV

Oxşar xəbərlər

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu