Bugun.tv xəbər verir ki, Mardində minik avtomobili ilə yüngül ticari avtomobilin toqquşması nəticəsində 2-si ağır olmaqla 6 nəfər yaralanıb. Artuklu-Yeşilli avtomobil yolunda yüngül ticari avtomobillə sürücüləri hələlik məlum olmayan minik avtomobili toqquşub.
TRT Haber-in məlumatına görə, Qəzada avtomobillərdə olan 2-si ağır olmaqla 6 nəfər yaralanıb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edildi. Sağlamlıq qrupları tərəfindən Mardin Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan 2-nin həyati təhlükəsinin olduğu öyrənilib.