25 C
Baku
26 İyul 2025, 3:10
Baş xəbərHadisə

Yol qəzası: 2 ölü, 4 yaralı

Bugun.tv xəbər verir ki, Ankara-Niğde yolunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəza, Niğde-Ankara avtomobil yolunun Şereflikoçhisar Acıkuyu Məhəlləsində meydana gəldi.

TRT Haber-in məlumatına görə, Ankara istiqamətində hərəkətdə olan Berna İşgüvenin idarə etdiyi avtomobil arxadan Ümit Aybarın idarə etdiyi avtomobilə dəyib.

Qəzada sürücülər və Aybar idarə etdiyi avtomobildə olan sərnişinlər Fadime Aybar və İsmət Gül yaralanıb, Bünyamin Gümüşsu və Türkan Gümüşsu isə həyatını itirib.

Ətrafdakıların xəbəri alındıqdan sonra hadisə yerinə polis və sağlamlıq qrupları sövq edildi. Sağlamlıq qruplarının ilk yardımından sonra yaralılar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Avtomobildə başlayan yanğın meşəyə keçdi

Bugün TV

Göldə suyun səviyyəsi artdı

Aynur Camal

Livana 10 mindən çox hava zərbəsi endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu