19 C
Baku
8 Sentyabr 2024, 3:38
Baş xəbərHadisə

Yol qəzası: 5 ölü, 1-i ağır yaralandı

Bugun.tv xəbər verir ki, Muğlanın Ula rayonunda ikinci dərəcəli yoldan qovşağına nəzarətsiz çıxdığı bildirilən minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Ulanın Gökova məhəlləsində baş verən qəzada Fethiyedən Muğlaya gedən Altan Özkanın idarə etdiyi mikroavtobusla ikinci dərəcəli yoldan nəzarətsiz qovşağına gedən Hörü Bekmezcinin idarə etdiyi avtomobil toqquşub.

TRT Haber-in məlumatına görə, Qəzada avtomobil sürücüsü Hörü Bekmezci, yoldaşı Gönül Akdeniz, 3 yaşlı Alp Akdeniz və Hatice Geriz həyatını itirib, Hacer Demirci və mikroavtobusun sürücüsü Altan Özkan yaralanıb. Xəbər üzərinə qəza yerinə sağlamlıq, polis, jandarma və xilasetmə qrupları sövq edildi. Sağlamlıq qrupunun ilk müdaxiləsindən sonra yaralı Özkan və Demirci Muğla Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Lakin Hacer Demirci də xilas edə bilməyib. Altan Özkanın səhhətinin ağır olaraq qaldığı bildirilib. Qəzada ölən 5 nəfərin cəsədi yarılma üçün Muğla Ədliyyə Tibb Qurumuna göndərilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Daha bir ətraf mühit çirklənməsinin həyəcan təbili çalınıb

Aynur Camal

Kim Çen In sel fəlakətinin bədəlini ödədi

Aynur Camal

160 kiloqram narkotik vasitə aşkarlandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu