17 C
Baku
10 İyun 2025, 8:48
Baş xəbərKriminal

Yol qaydaları kobud şəkildə pozuldu

Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydalara riayət etməyən sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, qarşı hərəkət zolağına çıxan, piyadaların sağlamlığı üçün təhlükə yaradan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barələrində inzibati protokol tərtib edilib.

Həmçinin, keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən şəxslər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

3 maşını vuran avtomobil aşıb: 4 nəfər yaralanıb

Bugün TV

Kanadada növbədənkənar seçkilər keçiriləcək

Aynur Camal

Baş nazir Modi Putinə Ukrayna səfəri barədə məlumat verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu