Baş xəbərHadisə

Yol qəzası: 1 nəfər öldü, 4 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Karabükün Eskipazar rayonunda 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Rayonun girişində sürücüsünün adı məlum olmayan 06 BS 3889 dövlət nömrə nişanlı avtomobil Hanife Y-nin idarə etdiyi avtomobillə toqquşub.

TRT Haber-in məlumatına görə, qəzada avtomobil sürücüləri Hanife Y. ilə Yusuf D, digər avtomobildə olan Emre E., Osman A. və Sait Mücahit Çətin yaralanıb.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.

Yaralılar təcili yardım maşınları ilə Karabük Təhsil və Araşdırma Xəstəxanasına və Eskipazar Dövlət Xəstəxanasına aparılıb.

Yaralılardan Sait Mücahit Çətini müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Ermənistanda seçki kampaniyası nifrət və qütbləşmə fonunda gedir

Aynur Camal

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Aynur Camal

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu