25 C
Baku
20 İyul 2025, 0:05
Baş xəbərDünya

Yoon Suk Yeol: “Şimali Koreya seçkilər öncəsi cəmiyyətimizi sarsıtmağa çalışır”

Bugun.tv xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol bildirib ki, Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) ballistik raket atmasının arxasında məqsəd parlament seçkiləri öncəsi Cənubi Koreya cəmiyyətini “şok etmək” olub. Yoon həmçinin “Pxenyanın əlavə təxribatlarına” qarşı hazır olmağa çağırıb. Digər tərəfdən Cənubi Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında Şimali Koreyanın Nüvə Məsələləri üzrə baş direktoru Li Jun-ilin amerikalı və yaponiyalı həmkarları Jung Pak və Hamamoto Yukiya ilə Şimali Koreyanın raket buraxılışını müzakirə etdiyi bildirilib. Açıqlamada, üç ölkənin rəsmilərinin Pxenyanın son ballistik raket buraxılışını pislədiyi bildirilib.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

BƏƏ-nin şimalında Yeni il atəşfəşanlığı iki dünya rekordu qırdı

Bugün TV

ABŞ-ın daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşdü

Aynur Camal

“Əlillərin məşğulluğuna dəstək“ adlı layihə Salyan rayonunda həyata keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu