17 C
Baku
10 İyun 2025, 9:21
Maraqlı faktlar

Yoqurt haqqında bilmədiklərimiz-ÖZƏL ARAŞDIRMA

Araşdırmalara görə, yoqurtu xatırladan məhsulu ilk dəfə qədim finikiyalılar hazırlayıb. Onlar qoyun südünü sağdıqdan sonra fikir veriblər ki, turşuyan süd təzə südə nisbətən daha çox saxlanılır. Onu turşumuş südlə maya ilə qarışdıraraq ilk yoqurtu alırlar. Başqa mənbələrdə isə yoqurtun kəşfi bolqarlarla da əlaqələndirilir.
Bugun.tv xəbər verir ki, SSRİ-də yoqurt 1920-ci illərdən istehsal edilməyə başlayıb. O “yaqurt” adı ilə müalicə vasitəsi kimi apteklərdə satılırdı. Uşakovun izahlı lüğətində “yoqurt” sözü “Bolqar turş südü” kimi verilib. 1980-ci illərdə meyvəli qatıq istehsal edilməyə başladı. Onun üzərinə “meyvəli yoqurt” etiketi yapışdırılırdı. Günümüzdə o südün bakterial fermentasiyası ilə istehsal edilən vitamin, kalsium, karbohidrat, zülal, yod baxımından zəngin olan qida məhsullarındandır.
Bu ağartı növünün meyvəli, şokoladlı, pəhriz və s. növləri də mövcuddur. Bu süd məhsulunu müntəzəm istehlak etdikdə tərkibində olan faydalı bakteriyalar bağırsaq mikroflorasına müsbət təsir göstərir. Nəticədə immun sistemini güclənir. Eyni zamanda, yüksək kalsium tərkibli olması sümüklərin möhkəmlənməsinə də kömək edir. Orqanizmin təbii probiotiki olan yoqurt dəri, saçlar və dırnaqların keyfiyyətini də yaxşılaşdırır.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, yoqurt alarkən mütləq ilk olaraq etiket məlumatlarına diqqət etməliyik. Burada istehlakçının adı, ünvanı, əmtəə nişanı, yararlıq müddəti, saxlama şəraiti, standartı və digər zəruri məlumatlar öz əksini tapmalıdır. Sonra isə yoqurtların saxlanma şəraitinə və qablaşdırmasına diqqət yetirmək lazımdır.
Yoqurtların yarasız olduğunu onun qablaşdırılmasına baxanda da hiss etmək mümkündü. “Əgər köpmə varsa, deməli artıq o temperatur təzyiqinə məruz qalıb. Bu, artıq onun sıradan çıxmasının sübutudur. Həm də istehlakçılar bilməlidir ki, uzaq ölkələrdən gələn yoqurtlar arzuolunmazdır. Baxmayaraq onlar gözəl dizayn olunurlar, yaxşı görünürlər, dadları da cəlbedici olur. Yaxşı olar ki, yerli məhsullara üstünlük verəsiniz. Vətəndaşlar bilsinlər ki, yoqurtlar da, digər ərzaq malları da dəyişdirilə bilər və qaytarılan mallar siyahısındadır. Məsləhət görülür ki, yararlıq tarixi yarıdan keçməmiş, yəni mümkün qədər təzə olanını alsınlar”.
Mütəxəssislər bildirir ki, tərkibində kimyəvi maddələr az olan yoqurtlar daha tez kiflənir. Belə məhsulu istehlak etmək olmaz. Unutmayın, yoqurtların ev şəraitində düzgün saxlanması da əsas şərtlərdəndir.
Mütəxəssislər aldığınız yoqurtu ev şəraitində uyğun, yəni 4 dərəcə temperaturda soyuducuda saxlamağı tövsiyə edirlər. Qeyd edək ki, soyuducunun qapısındakı rəflər bu tip məhsulları saxlamaq üçün uyğun deyil. Etiket məlumatlarında verilən şəraitə və tempeartura əməl olunmalıdır. Əks təqdirdə tərkibində bakteriyanın artması nəticəsində həzm sisteminizdə problem yarana bilər.
Yoqurtları açdıqdan sonra isə qoxusuna və görünüşünə diqqət etməliyik. Əgər turşuluq, görünüşündə qabarcıq və ya çox sululuq müşahidə olunarsa, belə məhsullar keyfiyyətsiz və yararsız hesab edilir.
Yoqurt ağzı açıldıqdan sonra 2 saat ərzində və hər gün 200 qramdan çox olmamaq şərtiyilə yeyilməlidir. İstifadə müddəti bitmiş yoqurtun istehlakı yolverilməzdir.

Bugün TV

Oxşar xəbərlər

İstanbulda Türkiyə tarixinin ən böyük yürüşlərindən biri keçirildi

İntizar Əmirova

Həkim badamcıqların gözlənilməz qabiliyyəti barədə xəbərdarlıq etdi

Bugün TV

“Torpaq mənim üçün hər şeydir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu