7 C
Baku
19 Fevral 2026, 9:43
Maraqlı faktlar

YouTube-a yüklənən ilk video London muzeyi tərəfindən satın alınıb

YouTube ilk video, Me at the zoo, Jawed Karim video, Victoria and Albert Museum, V&A London muzeyi, YouTube tarixi 2005, rəqəmsal mədəniyyət xəbərləri, internet tarixi xəbər

Londonun məşhur Victoria və Albert Muzeyi (V&A) YouTube platformasının tarixində xüsusi yer tutan bir materialı rəsmi kolleksiyasına daxil edib.

Muzey, YouTube-un qurucu ortaqlarından olan Jawed Karim tərəfindən platformaya yüklənən ilk videonu və həmin dövrə aid yenidən hazırlanmış veb-səhifə dizaynını satın alıb.

Söhbət 2005-ci il 23 aprel tarixində paylaşılmış “Me at the zoo” (“Mən zooparkdayam”) adlı 19 saniyəlik qısa videodan gedir. Video San Dieqo Zooparkında filləri göstərir və kadrlarda 25 yaşlı Jawed Karim görünür.

Məlumata görə, bu tarixi video bu günə qədər 382 milyondan çox baxış və 18 milyondan artıq bəyənmə toplayıb. Muzey rəhbərliyi videonu internetin və rəqəmsal mədəniyyətin formalaşmasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirir.

V&A muzeyinin rəqəmsal qoruma komandası YouTube-un 8 dekabr 2006-cı il tarixindəki dizaynını və istifadəçi təcrübəsini yenidən bərpa etmək üçün 18 ay ərzində araşdırma aparıb. Layihə çərçivəsində YouTube-un istifadəçi təcrübəsi komandası və London mərkəzli “oio” dizayn studiyası ilə əməkdaşlıq edilib.

V&A-nın baş kuratoru Corinna Gardner bildirib ki, YouTube-un ilk dövrlərini əks etdirən bu material internet və rəqəmsal dizayn tarixində simvolik bir mərhələdir. YouTube-un icraçı direktoru Neal Mohan isə bu addımın insanların qlobal mədəni fenomenin başlanğıcına qayıtmasına imkan yaratdığını vurğulayıb.

Qeyd olunur ki, bu tarixi video artıq V&A South Kensington muzeyində yerləşən “Design 1900-Now” qalereyasında nümayiş etdirilir.

YouTube ilk video, Me at the zoo, Jawed Karim video, Victoria and Albert Museum, V&A London muzeyi, YouTube tarixi 2005, rəqəmsal mədəniyyət xəbərləri, internet tarixi xəbər
YouTube-un qurucu ortaqlarından olan Jawed Karim tərəfindən platformaya yüklənən ilk video

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər açıqladı: Triseratopsun burnu niyə bu qədər böyük olub?

Aynur Camal

Təhlükəli sürət: Buzlaqlar gündə 60 metr irəliləyə bilir

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu