“Bu gün Avropanın fərqli yerlərində həm islamafobiya mənasında islamiyyətə, həm də Türkiyənin dəyərlərinə qarşı olunan fəaliyyətlər əslində min illik bir düşüncənin məhsuludur. Bu 1096 -cı ildən başlayıb 1200-cü illərə qədər davam edən, müsəlmanlara qarşı həyata keçirilən 8 xaç yürüşünün formasını dəyişdirmiş halıdır. Bu bir cinayətdir”.
Bu fikirləri Türkiyənin ehtiyatda olan generalı Yücel Karauz Daimarkada Quran kitabının yandırlıması ilə bağlı Bugun.tv-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq bir neçə dəfədir ki, belə bir hadisə baş verir. “Bu gün Avropada mədəniyyətin, demokratiyanın, azadlığın, bir sözlə dünyəviliyin ən böyük təmsilçisi olduğunu idda edənlər, müsəlmanın, islamın, türklərin adı gəldikdə təəssüf ki, eyni dəyərlərin tələblərini yerinə yetirmirlər. Bunlar təbii ki, xüsusilə təxribat konteksində nifrət cinayətidir. Nifrət cinayəti Avropanın inkişaf etmiş demokratiyasında qarşılığı, cəzası olan bir cinayətdir. Bu hadisə Paludenin İsveçdə yanvar ayında etmiş olduğu hərəkətin təkrarıdır. İsveçdə cənab Rəcəb Tayyib Ərdoğanın maketinin Stokholm bələdiyyəsi qarşısında yandırılması, iki gün öncə isə Danimarkada müqəddəs kitabımız Quranı və Türk bayrağına ediləni 8 xaç yürüşünün davamı olaraq görürük. Eyni zamanda inanclıların müqəddəs bildiyi Ramazan ayında Qurani kərimin polis nəzarəti altında yandırılması çox böyük bir nifrət cinayətidir”.
Yücel Karaüz deyir ki, bu hal dünya sülhü, müstəqillik, hüzur üçün töfhə verə bilməz. Bu gün bunu edənlər, “radikal islam” deyə ifadə etdiyimiz düşüncə sistemini qınayırlar. Amma onların etdikləri bu hərəkət talibanlardan heç nə ilə fərqlənmir. “Bu 1000 illik mentalitetin davamıdır. Böyük bir cinayətdir. Bu insanları parçalayıb bir-birinə düşmən edən bir əməldir. Şiddətlə qınayırıq. Eyni şey onların müqəddəs kitablarına qarşı olunsaydı, onların bayraqlarına qarşı edilsəydi bu dövlətlər, qruplar, təşkilatlar qəbul edərdimi? Əlbəttə ki, yox. Ona görə də öz müqəddəs, dini və ya milli dəyərlərinə təhqir kimi gördükləri bir hərəkəti başqalarına qarşı da etməməlidirlər. Hər hadisədə olduğu kimi, Qarabağ və Kıbrıs hadisəsində olduğu kimi bu əməldə də ikili standartı görürük. Bu qeyri-səmimi dürüstlük, nifrət cinayətləri gələcəkdə Avropanın başına bəla olacaq”,- ehtiyatda olan general vurğulayıb.
Müəllif: Qaytən Qasımzadə