8 C
Baku
23 Dekabr 2024, 9:39
Digər

Yücel Karauz: “Xocalı nə ilkdir, nə də son… “

“Qarabağda şəhid olmuş 613 Azərbaycanlı qardaşımız və Qarabağ müharibəsindəki bütün şəhidlərimizə ikinci Qarabağ müharibəsi daxil olmaq üzrə Allahdan rəhmət diləyirəm”. Bu sözləri ehtiyatda olan türk generalı Yücel Karauz Bugun.tv-yə müsahibəsində səsləndirib. “25 fevraldan 26-a keçən gecə dünya tarixində bir utanc günü kimi qeyd edilməlidir.Çünki dinc sakinləri – qoca, uşaq, qadın,kişi deməyib, soyuq bir gecədə ac-susuz halda dağlara, meşələrə salıb, orada insanlıqdan kənar şəkildə qətl etmək ancaq ermənilərə məxsus bir şeydir. Ancaq hadisəni başqa aspektdən də görməliyik. Bu Xocalı soqırımı nə ilk idi, nə də son. Bu tarixə qədər 1905, 1918-ci illərdə törədilən qətliamlar və soyqırımlar var idi. Bunu Qubada ən yaxşı şəkildə görmək olar”.
Y. Karauzun sözlərinə görə, 1988-ci ildən etibarən 1992-ci ilə qədər böyük olmasa da, törədilən qətliamlar olub. Əslində bu soyqırımın Anadoludakı 1,5 milyon Anadolu türkünə edilən soyqırımın 1905, 1907 və 1918 də törədilən erməni soyqırımlarnın bir davamıdır.
“Bunu sadəcə ermənilərin etdiyini demək gələcək nəsillərdə sağlam nəticə verməz. 20 Yanvarda olduğu kimi Xocalıda da, SSRİ 366-cı motoatıcı alayı bu qətliamda iştirak etmiş və dünya buna səssiz qalmışdır. Bu da önəmli bir faktdır və tarixdə yerini almalıdır. Çünki ermənilər bu günə qədər, xüsusilə də son 200 illik tarixdə təkbaşına birşey edə bilməyiblər. Digər bir fakt isə 1992-ci ildə Azərbaycanın içində olduğu siyasi, hərbi, ekonomik vəziyyətin Xocalıya səbəb olması prosesinə baxsaq, uyğun olmayan siyasi quruluş, qurula bilməyən hərbi ordu və kömək edə bilməyən məsum xalq görərik”.
Türk generalı şahid ifadələrə istinadən deyir ki, Bakıdan, sadəcə 11 nəfərlik bir dəstə var idi və 25 fevrala qalan 3000-ə yaxın Xocalıdan 200-ə yaxın əli silah tutan insan olmasına baxmayaraq, bu insanların əlində çox az sayda avtomat olub. “Bu azsaylı avtomata qarşılıq 366-ci motoatıcı alayın tankları, topları, zirehli texnikası ilə bir qətilam yaşanıb. Təbii ki, hadisəni, sadəcə 25 fevrala bağlamaq da doğru deyil. Həmin tarixdən sonra əsir götürülən insanlara edilən işgəncələri də, bu soyqırımın bir parçası olaraq dəyərləndirmək lazımdır. Biz Xocalı soyqırımını unutmayacağıq,  unutdurmayacağıq. Əgər unudarsaq bu tərz hadisələr yenə təkrarlanar”-deyə, Y.Karauz vurğulayıb. “Amma bunu da insanların diqqətinə çatdırmaq lazımdır ki, 2020-ci ildə güclənmiş,ölkə lideri və ən güclü ordusuna, yüksək mənəvi dəyərlərə sahib Azərbaycan xalqı dəmir yumruğunu Xocalı soqırımını bizə yaşadanların – ermənilərin təpəsinə endirdi. Bu qətliamla bağlı əliqanlı qatillər hələ də yaşayırlar və hələ də cəzalarını almayıblar. Onları Avropa insan hüquqları məhkəməsidə, müharibə cinayətləri məhkəməsində gördüyümüzdə bir daha şəhidlərimizin qanı yerdə qalmayacaq. Və bunu da ifadə etmək lazımdır ki, Türkiyə dövləti sevinci də, kədəri də bir olan Azərbaycan xalqının bu ağrısını ən dərin şəkildə yaşayır. Bu gün Türkiyədəki bütün universitetlərdə Xocalı ilə bağlı anım mərasimləri keçirilir. Artıq bir çox rayonlarımızda da Xocalı abidələri var və biz bu soyqırımı Türk gənclərinə danışırıq”.

Oxşar xəbərlər

Ramazanın 5-ci günü – İmsak və iftar vaxtı

Bugün TV

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər

Bugün TV

Ramazan ayının gündəlik imsak-iftar vaxtı və duaları

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu