7 C
Baku
23 Dekabr 2024, 18:38
Baş xəbərMədəniyyət

Yuğ teatrı “Şəbədə” tamaşası ilə Şamaxıda!

Uzun illərdən sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə geniş şəkildə qastrol aksiyası təşkil olunub.

Bugun.tv xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri həyata keçirilir.

Qastrolların məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Mədəniyyət Nazirliyinin verdiyi məlumata əsasən, Novruz bayramının ilk günündə başlayan qastrol proqramı çərçivəsində birinci Azərbaycan Dövlət Yuğ Teatrı “Şəbədə” tamaşasını martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.

Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” (1855) pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Rolları Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) canlandırıblar.

“Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyalı səhnə işi xurafat və geriliyin bütün zaman və məkanlarda mütərəqqi dəyərlərə zərbə olduğunu bəyan edir.

Yuğ teatrının “Şəbədə”si şamaxılı tamaşaçılar üçün əsl Novruz hədiyyəsi olub. Səhnə əsəri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Aynur Camal

Oxşar xəbərlər

94 əsgər əsirlikdən azad edildi

Aynur Camal

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Aynur Camal

O, ticarət mərkəzinin 12-ci mərtəbəsindən özünü atdı! Yoldan keçən qadının üstünə düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu