19 C
Baku
8 Sentyabr 2024, 3:46
Baş xəbərDünyaMədəniyyət

Yuima Nakadzato yeni sərginin mərkəzinə çevriləcək

2024-cü il iyunun 15-dən 2025-ci il yanvarın 5-dək Fransada Kaledəki Şəbəkə və Moda Muzeyində “Yuima Nakazato Beyond Couture” sərgisi açılacaq, burada yapon dizaynerinin işinin innovasiyalar, ənənələr və qabaqcıl texnologiyalar ilə necə kəsişdiyi, həmçinin onun tərəfindən yapon dizaynerinin yaradıcılığından ilham alan davamlı modanın necə işlənib hazırlandığı nümayiş olunacaq.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, sərgidə Nakadzato kolleksiyasından olan və 2016-2024-cü illərdə yaradılmış, dizaynerin mütərəqqi və davamlı yanaşmasını və onun Şərq və Qərb sənətindən istifadə etdiyi texnikaları, eləcə də əsasən təbiətdən: məsələn, balinaların mahnısı, vulkanların qırmızı lavası və mənzərələrin gözəlliyindən aldığı ilhamı vurğulayan 50-dən çox geyim təqdim olunacaq.

Geyim ilə yanaşı ekspozisiyaya kolleksiya geyimlərinin yaradılması ilə bağlı yaradıcılıq prosesini izah edən aksesuarlar, moda eskizləri, texniki təsvirlər, parça nümunələri, moda fotoşəkilləri və videoçarxlar daxil olacaq. Misal üçün, innovasiya parçalarının və istehsal proseslərinin işlənib hazırlanması.

Yuima Nakadzato 1985-ci ildə Tokioda anadan olub. O, 2008-ci ildə Antverpen (Belçika) Kral İncəsənət Akademiyasını bitirib, bir çox mükafatlar, o cümlədən oriqamiya texnikasını dəbə salan buraxılış kolleksiyasına görə 2008-ci ilin İnnovasiyalar mükafatına layiq görülüb. Avanqard moda dizayneri ilk kolleksiyasını 2010-cu ildə təqdim edib. 2016-cı ildən o, nüfuzlu Paris tədbirində iştirak etmiş Xanae Moridən sonra ikinci yapon moda dizayneri olaraq, ildə iki dəfə kolleksiyalarını Parisdə Yüksək Moda Həftəsi zamanı nümayiş etdirir. O, geyim yaratmaq üçün təkrar emal edilmiş materiallardan və 3-D çapdan istifadə edilməsi sahəsində eksperimentləri ilə tanınır.

İntizar Əmirova

Oxşar xəbərlər

Yol qəzası oldu: 7 yaralı var

Bugün TV

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Bakı Dövlət Universitetində layihə gerçəkləşdirib

Kəmalə Sultan

4,3 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu