21 C
Baku
27 İyun 2025, 3:48
Baş xəbərKriminal

Yük maşını aşdı: ölən və yaralananlar var

Bu gün səhər saat 10 radələrində Xocalı Rayon Polis Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovdan məlumat daxil olub.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Şuşa şəhər sakini 1959-cu il təvəllüdlü Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölüb.

Digər sərnişin, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Monteneqro ilə ölkəmiz hava əlaqələri haqqında saziş imzalayıb

Aynur Camal

Nyu Yorkda rekord miqdarda yağış yağdı: “Küçələr su altında qaldı, fövqəladə vəziyyət elan edildi”

Kəmalə Sultan

“Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanışlıq – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu