18 C
Baku
27 Oktyabr 2025, 16:33
Dünya

Yük maşını hərəkət edən tələbələrin üzərinə çırpıldı

Fəlakət baş verdi!

Qırğızıstanda keçirilən tədbirə toplaşan tələbələr dəhşətə gəlib. Dayanmış yük maşını qəflətən havaya qalxaraq uşaqların üzərinə keçib.

Qırğızıstanın Cəlal-Abad vilayətinin Suzak rayonunda yük maşını mədəni tədbirə toplaşan tələbələrin üzərinə çırpılıb. Qəza nəticəsində 29 nəfər xəsarət alıb. Qırğızıstan Səhiyyə Nazirliyinin açıqlamasında 1-i müəllim, 17-si tələbə olmaqla 18 nəfərin xəstəxanaya yerləşdirildiyi, 11 şagirdə isə ambulator tibbi yardım göstərildiyi bildirilib. Uşaqların 9-16 yaşları arasında olduğu, xəsarət alan 3 uşağın vəziyyətinin ağır olduğu bildirilib.

Həmçinin bildirilib ki, yük maşını dayanarkən qəfil hərəkət edib və içəridə sürücü olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Netanyahu İsrailin ən böyük məqsədini açıqladı

Aynur Camal

Putin düyməni basdı: Rusiya Ukraynaya qarşı nüvə ekvivalenti hücuma hazırlaşır

Aynur Camal

Anbarda yanğın: 140 nəfər təxliyə edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu