36 C
Baku
20 İyul 2025, 16:12
Baş xəbərDünyaHadisə

Yük maşını ilə minik avtomobili toqquşub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Sultanbəylidə yük maşını ilə minik avtomobili toqquşub. Qəza nəticəsində biri hadisə yerində, digəri xəstəxanada olmaqla 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılaraq müalicə olunarkən, qəza ilə bağlı araşdırma başladılıb.

İstanbulun Sultanbəyli rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində həyatını itirənlərdən biri sürücüdür.

Bugun.tv xəbər verir ki, Haberler.comun məlumatına görə Akşemsettin məhəlləsi, Atatürk küçəsində saat 07:00 radələrində baş verən hadisədə Sultanbəyli istiqamətində hərəkətdə olan Nadir Akıntının idarə etdiyi yük maşını qarşı tərəfdən gələn Tekin Çobanın idarə etdiyi avtomobillə toqquşub. Qəzada avtomobil sürücüsü Tekin Çoban maşında sıxışıb, TIR sürücüsü və minik avtomobilində olan 5 nəfər yaralanıb.

Yük maşınının sürücüsü və digər yaralılar təcili yardımla ətrafdakı xəstəxanalara aparılıb. Xəstəxanaya aparılan yaralılardan birinin dünyasını dəyişdiyi bildirilib.

İntizar Əmirova

Oxşar xəbərlər

Nəqliyyat sıxlığı var

İntizar Əmirova

Taxta ev çökdü: 1 yaralı var

Bugün TV

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu