Bugun.tv xəbər verir ki, Dənizlinin Pamukkale rayonunda yük maşınının arxasına çırpılan avtomobilin sürücüsü dünyasını dəyişib. 30 yaşlı Ahmet Yesevi Kızıltaşın idarə etdiyi avtomobil Zeytinköy məhəlləsində Acıpayam bulvarında hərəkətdə olarkən M.P.-ni vurub. O, idarə etdiyi yük maşını arxadan vurub.
TRT Haber-in məlumatına görə, Xəbər üzərinə qəza yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib. Toqquşmanın təsirindən yük maşınının qoşqusunun arxa təkərləri qopub. Sağlamlıq qrupları sürücünün hadisə yerində öldüyünü təyin edib. Xilasetmə briqadalarının işi ilə qəzaya uğrayan avtomobildə sıxışdığı yerdən çıxarılan Kızıltaşın cənazəsi yarılma üçün Pamukkale Universiteti Xəstəxanasının meyitxanasına aparılıb.
Müxbir: İntizar Əmirova