Bugun.tv xəbər verir ki, İstanbulda Şimal Mərmərə şossesində hərəkətdə olarkən təkəri partlayan yük maşını eyni istiqamətdə hərəkətdə olan cipə çırpılıb. Qəzada cipdə olan 2 nəfər ölüb.Vasitədə sıxışan ağır yaralanan cip sürücüsü yanğınsöndürənlər tərəfindən çıxarılıb. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb. Qəza səbəbindən nəqliyyatda sıxlıq yaranıb.
TRT Haberin məlumatına görə, yararsız hala düşən cip qaldırıcı kranın köməyi ilə qaldırılıb.
Müxbir: Şəms Elnurqızı