33 C
Baku
20 İyul 2025, 19:18
Digər

Yüksək səslə musiqiyə qulaq asanlar, cərimələnə bilərsiz!

Yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlmək olur. Bu hərəkət adətən, gənclər arasında müşahidə edilir. Nəinki avtomobillərdə, həmçinin restoran və əyləncə mərkəzlərində musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.
Ekspert Elməddin Muradlının sözlərinə görə, bu inzibati hal sayılır.
“Bu cərimə sırf avtonəqliyyat vasitələrində yüksək səslə musiqiyə qulaq asmaq, binalarda, həyətlərdə, kafe və restoranlarda, digər ictimai yerlərdə insanları narahat edir. Əsasən də gecə saat 12-dən səhər saat 7-yə qədər müşayiət edilir. Hər kəs bilməlidir ki, bu məsuliyyət yatadır. Vətəndaşlar bu barədə polisə məlumat versələr, sürücü fiziki şəxs olduğu üçün 150 manatdan 200-ə qədər cərimələnə bilər. Vəzifəli şəxs isə, burada restoran və obyekt sahibləri isə 2 mindən 2500 manata qədər cərimə edilərlər”.
Ekspert bildirir ki, polisə müraciət etmək üçün vətəndaşların əlində sübut olmalıdır.
“İctimaiyyətin bu məsələyə marağı çox böyükdür. Əksəriyyət bu problemdən əziyyət çəkir. Vətəndaşlar bilmir ki, onlar bu faktla bağlı müraciət etsələr həmin şəxs cərimə olunar. Ona görə də bu məsələ ilə bağlı həm təbliğat aparmaq lazımdır, həm də vətəndaşların bununla bağlı müraciət edəcəyi ünvan olmalıdır. Bu da düşünürəm ki, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttidirr. Əllərində fakt, video, səs yazısı olmalıdır ki, polisə təqdim edəndə həmin şəxs barəsində tədbir görülsün”.
Səsin xüsusi cihazlarla ölçülməsi məsələsinə gəlincə, bu prosesin tətbiqi hələki nəzərdə tutulmayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kırklarelidə 34 qeyri-qanuni immiqrant tutuldu

Bugün TV

“Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası – səyahətlərin təşkili” layihəsini icra edilib

Bugün TV

Təhsilin səviyyəsindən razısınızmı?- SORĞU+ VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu