21 C
Baku
27 İyun 2025, 21:59
İdman

Yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub.

Bugun.tv xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. 2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutub.

Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Mənbə: Report.az

Teymur Əziz

Oxşar xəbərlər

Tofiq Musayev döyüş meydanında məğlub oldu

Nigar Məmmədova

Sərbəst güləş yarışlarına yekun vurulub

Aynur Camal

“Napoli”nin koreyalı mərkəz müdafiəçisi Münhen klubuna keçir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu