Dünya

Yunanıstan 35 kilometrlik polad hasar tikir

Bugun.tv xəbər verir ki, qeyri-qanuni girişlərin qarşısını almaq istəyən Afina əlavə olaraq 5 metr hündürlüyündə hasar çəkmək üçün hərəkətə keçib. Ümumi dəyəri 100 milyon avro olaraq hesablanıb. Ölkəsinə qaçqın və immiqrant axını ehtimalından narahat olan baş nazir Kiryakos Miktotakis seçki prosesi zamanı verdiyi açıqlamada Evros çayı sahillərindəki polad hasarın uzadılacağına söz verib. Hasar üçün Avropa İttifaqından vəsait istəyən Mitsotakis, “AB bu cür layihələr üçün Avropa fondlarından istifadə etməyi ciddi şəkildə düşünməlidir. Biz Avropanın təhlükəsizliyinə töhfə veririk” dedi.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu