Dünya

Yunanıstan qadınların könüllü olaraq əsgərə götürülməsini nəzərdən keçirir

Bugun.tv xəbər verir ki, Yunanıstan Baş Qərargahının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyi tədbirdə çıxış edən Dendias əhalinin yarısının hərbi xidmətdən azad edilməsinin “uyğunsuzluq” olduğunu bildirib.

Dendias izah etdi ki, bu çərçivədə qadınların könüllü əsgərliyə getməsi ilə bağlı araşdırmalar aparılır.

Mövzuyla əlaqədar qanunun əslində Yunanıstanda 1977-ci ildən bəri mövcud olduğunu ifadə edibə Dendias, “Məsələ qadınların könüllü əsgərlik üçün bu uzaqgörənliyi necə həyata keçirəcəyimizdir. Önümüzdəki həftələrdə Silahlı Qüvvələrin qabaqcıl adları ilə müzakirə edəcəyik. Ölkəmizin canlı qüvvəsindən təkcə silahlı qüvvələrin şəxsi heyəti əsasında deyil, həm də könüllü əsgərlər əsasında necə istifadə ediləcəyi ilə bağlı sualları cavablandırıb” deyib.

Yunanıstanda 1977-ci il tarixli qanuna görə, Müdafiə Naziri bütün ölkədən və ya müəyyən bölgələrdən olan qadınları sülh dövründə lazım bildiyi zaman Silahlı Qüvvələr komandirlərinin təklifi ilə hərbi xidmətə çağıra bilər.

Mənbə trthaber

Bugün TV

Oxşar xəbərlər

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Aynur Camal

İran Hörmüz boğazında gəmilərə hücum edir: qlobal neft marşrutu təhlükə altındadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu