28 C
Baku
27 İyun 2025, 12:29
Baş xəbərDünya

 Yunanıstan uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmağa hazırlaşır

Yunanıstanda 2025-ci ildən etibarən 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıracaq yeni təcrübə hazırlanıb.

Yunanıstan Dövlət Televiziyası ERT-ə danışan Rəqəmsal İdarəetmə Naziri Dimitris Papastergiu ölkədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıracaq yeni tətbiq üçün hazırlıqların aparıldığını açıqlayıb.

Papastergiu, 2025-ci ilin ilk aylarında istifadəyə hazır olması planlaşdırılan tətbiqin planşet və smartfonlara quraşdırıla biləcəyini və tətbiqin ekran asılılığının qarşısını almaq məqsədi daşıdığını bildirib.

Valideyn nəzarətinin də yer alacağı gözlənilən tətbiqin “Uşaq pul kisəsi” adlanacağı gözlənilir.

Tətbiq uşaqların sosial media proqramlarına daxil olmasının qarşısını almaq məqsədi daşıyır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Müəssisələrə baxış keçirildi

Aynur Camal

Torpaq sürüşməsi nəticəsində 2 nəfər öldü

Kəmalə Sultan

“Bugün tv Media Qurumu”u 2 yaşını qeyd edib  

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu