DünyaMədəniyyət

Yunanıstanda Novruz bayramı keçirilib

Bugun.tv xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi Saloniki şəhərində yaşayan həmvətənlərimizlə birgə Novruz bayramını qeyd ediblər. Tədbirə cəmiyyətin fəal üzvləri ilə birlikdə Serkan Gedik, keçmiş MDB ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyasının sədri Aleksandros Mixalidis, baş katib, vəkil Mzia xanım Kataidu, alim türkoloq Sokrat Angelidis, müğənni Nina Katiqaridu, Yunanıstanda yaşayan türk tələbələr, Ukraynada Yunanlar təşkilatının sədr müavini Nina Paskal və bölgələr üzrə sədr Nikiti bəy İnkermanlis, Yunanlar, Salonik şəhərində yaşayan gürcülər də qatılıblar.
Bu haqda Bugun.tv-yə “Qala” Yunanıstan-Azərbaycan cəmiyyətinin sədri Rəşid Məmmədov məlumat verib. Tədbirdə çıxış edən cəmiyyət sədri iştirakçılara Novruz bayramı və onun adət-ənənələri barədə geniş məlumat verib. Qürbətdə olan bütün həmvətənlərimizin milli bayramlarda həmrəy görməyin necə qürurverici hiss olduğunu vurğulayıb. Xalqımızın bahar bayramını təbrik edib. Firavanlıq, sülh və bərəkət arzulayıb.

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu