17 C
Baku
27 Oktyabr 2025, 3:49
DünyaHadisə

Yunanıstanda pis hava şəraiti və daşqın təhlükəsi sabah axşama qədər davam edəcək

Bugun.tv xəbər verir ki, Yunanıstana təsir edən pis hava şəraitinin sabah axşama qədər davam edəcəyi bildirilib.

İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias ölkədə iki gündür davam edən yağışın şiddət və müddət baxımından görünməmiş çətinliklərə səbəb olduğunu bildirib.

Volos limanının təhlükəsizlik səbəbiylə bağlandığını qeyd edən Kikilias, Silahlı Qüvvələrin Cənubi Pilioda sel nəticəsində dağılan Kala Nera körpüsünü təmir edəcəyini bildirib. “Pis hava şəraiti çox güman ki, Attiki bölgəsinə də (paytaxt Afina daxil olmaqla) qismən təsir göstərəcək”, – o, əlavə edib.

Mütəxəssislər Trikala, Kardiça, Larisa və Magnisia üçün xəbərdarlıq yayıb.

Afina və ətraflarında gün ərzində vaxtaşırı leysan yağışlar yağıb, yağış səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

İngiltərədə kral Çarlzın portreti olan əskinaslar dövriyyəyə buraxılıb

Aynur Camal

Yalnız qəhvə deyil. Səhər tez oyanmağın doqquz yolu

Aynur Camal

Qar uçqunu nəticəsində ölənlərin sayı azalıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu