DünyaSiyasət

Yunanıstanda ümumi seçkilərin vaxtı açıqlandı

Yunanıstanda Mühafizəkarlar hökumətinin dörd illik səlahiyyət müddəti iyulda başa çatır.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kiriakos Mitçotakis deyib.

“Yunanıstan və onun vətəndaşlarının aydın üfüqlərə ehtiyacı var. Əvvəldən söz verdiyim kimi, dörd illik dövrün sonunda milli seçkilər keçiriləcək”,- Mitçotakis bildirib.

Mitçotakisin “Yeni Demokratiya” partiyası müxalifətçi Siriza partiyasını qabaqlasa da, sonradan fərq azaldı. Buna səbəb fevralın 28-də 57 nəfərin ölümü ilə nəticələnən dəmir yolu qəzası oldu.Son məlumata görə, Yeni Demokratiya Partiyası ilə müxalifətdə olan Syriza arasında fərq 3,5-4 bəndədək azalıb.

Seçkilər mayın 21-də tətbiq edilən proporsional sistem ilə keçiriləcək.

“Şəxsən mən ikinci tur seçki ehtiyacını müdafiə etməyə davam edəcəyəm. Çünki təkbaşına hakim güc ikinci turu təmin edə bilər və bu, ölkə üçün ən doğru həll yoludur”, – Mitçotakis  qeyd edib.

Mənbə: NTV 

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu