14 C
Baku
21 Noyabr 2024, 18:33
Dünya

YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan monastır təhlükədədir

Fələstin Turizm və Qədim Əsərlər Nazirliyi Qəzza zolağının ən qədim tarixi abidəsi sayılan Müqəddəs Hilarion monastırının YUNESKO-nun Təhlükədə olan Dünya İrs Siyahısına daxil edildiyini açıqlayıb.

Fələstinin Turizm və Tarixi Abidələr naziri Hani əl-Hayikin mətbuat xidmətinin verdiyi açıqlamada BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin 46-cı sessiyasının Hindistanda keçirildiyi bildirilib.

Sözügedən açıqlamada Qəzza zolağının mərkəzi hissəsində yerləşən Müqəddəs Hilarion monastırının YUNESKO-nun Təhlükəli Dünya İrs Siyahısına daxil edildiyi və monastırın tarixinin ayrılmaz bir parçası olduğu vurğulanıb.

Bəyanatda bu qərarın Fələstin Rəhbərliyinin Qəzza zolağında Fələstin tarixi və mədəniyyətinin qorunub saxlanılması səyləri nəticəsində alındığı, İsrailin soyqırım müharibəsi çərçivəsində tarix və mədəniyyət abidələrinin dağıdıldığı bildirilib. Oktyabrın 7-dən bəri Qəzza zolağında Fələstin xalqına qarşı əməliyyatların davam etdiyi qeyd edildi.

Qəzzanın ən qədim tarixi abidələrindən sayılan Müqəddəs Hilarion monastırının eramızın 329-cu ildə inşa edildiyi bildirilir.

Hökumətin Qəzzadakı Media Ofisi 30 dekabr 2023-cü il tarixində verdiyi yazılı açıqlamada, İsrailin Qəzzaya hücumları nəticəsində bölgədəki 325 tarixi və mədəni varlıqdan 200-dən çoxunun məhv edildiyini bildirib.

Dağıdılan tarixi tikililər arasında Cibaliyadakı Əl-Öməri məscidi, Cibaliya Bizans kilsəsi, Şeyx Şaban məscidi, Qəzza şəhərinin Şucaiyye rayonundakı Zəfr Dəmri məscidi, Deyr əl-Belah şəhərindəki Əl-Hhidr Məqam, Xan Yunusdakı Xəlil ər-Rəhman məscidi və Qəzza şəhərində Əlyazma Mərkəzinin olduğu qeyd edilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 172-si uşaq, 10 min 798-i qadın olmaqla 39 min 175 fələstinli həyatını itirib, 90 min 403 nəfər isə yaralanıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Quterreş İordan çayının qərb sahilinə hücumu pislədi və dərhal dayandırılmasını tələb etdi

Aynur Camal

Covid-19-un Çin laboratoriya insidentindən qaynaqlandığı təsdiqləndi

Aynur Camal

Dəmiryol qəzasında 25 vaqon relsdən çıxdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu