10 C
Baku
18 Aprel 2025, 0:49
Baş xəbərDünya

YUNESKO-nun siyahısında olan qədim şəhər dağıdıldı: Ölənlər çoxdur

İsrailin Livanın şərqindəki Bekaa vadisi və Baalbekə hücumları nəticəsində çoxlu insan həyatını itirib. Digər tərəfdən, Baalbek, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya İrs Siyahısında yer alan 3000 illik qədim şəhərə ev sahibliyi edir.

Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada və rəsmi Livanın xəbər agentliyində yer alan xəbərlərdə İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı məlumatlar paylaşılıb. İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə ardıcıl həyata keçirdiyi hava hücumlarında ilkin məlumatlara görə 11 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

İsrail döyüş təyyarələrinin Livanın şərqindəki Baalbek şəhərinə hücumu nəticəsində 20 nəfər həyatını itirib. İlkin məlumatlara görə, hücumda aralarında qadın və uşaqların da olduğu 31 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Baalbek Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) Ümumdünya İrs Siyahısına daxil edilmiş 3000 illik qədim şəhərə ev sahibliyi edir.

Digər tərəfdən, Hizbullah tərəfindən edilən yazılı açıqlamada gün ərzində İsrailə qarşı 28 hücumun təşkil edildiyi qeyd edilib. Açıqlamada, hücumlarda Hayfanın cənubunda və Təl-Əvivin şərqindəki İsrail hərbi bazaları və təlim düşərgələri ilə yanaşı, hərbi birləşmələr və ələ keçirilən Fələstin torpaqlarının raket və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Fırtına ABŞ-ı vurdu! Ölənlərin sayının artması: 33 ölü

Aynur Camal

Soyğunçu yaxalandı

Teymur Əziz

Baş nazir Əli Əsədov vitse-prezident Cevdet Yılmazı təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu