“Yuventus” klubun maliyyə fırıldaqçılığı ilə bağlı UEFA ilə danışıqlar aparır.
Bugun.tv xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Turin klubunun rəhbərlərindən və hüquqşünaslarından ibarət nümayəndə heyəti UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahına gedib. Qeyd olunur ki, “Yuventus” işi bağlamaqdan ötrü 2023/2024-cü il mövsümü üçün avrokuboklardan kənarlaşdırılmağa hazırdır. Daha əvvəl İtaliya klubu Superliqadan çıxdığını açıqlamışdı.
Qeyd edək ki, Turin komandası 62 xalla 7-ci yerdə qərarlaşıb. Byankonerilər Konfrans Liqasında çıxış edəcək – 2023/2024. Çempionat zamanı “Yuventus”dan on xal silinib. Komanda Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb, daha sonra Avropa Liqasının yarımfinalına yüksəlib. İtaliya kubokunda “Yuventus” yarımfinalda mübarizəni dayandırıb.