33 C
Baku
20 İyul 2025, 19:40
Dünyaİdman

“Yuventus” Rabiot ilə müqaviləni yeniləməyə yaxındır

“Yuventus” yarımmüdafiəçi Adrien Rabiot ilə müqavilənin uzadılmasıbın tərəfdarıdır.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio öz rəsmi saytında yazıb.

Onun sözlərinə görə, Turin klubunun bossları 28 yaşlı fransalı yarımmüdafiəçiyə keyfiyyətli əvəzləyici tapmağın asan olmayacağını başa düşüblər. Məhz, buna görə də Rabiot ilə müqaviləni bir mövsüm uzatmağa hazırdırlar.

2022/2023 mövsümündə Rabiot “Yuventus”un heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun Turin klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatır.

Transfermarkt internet portalına görə,  futbolçunun təxmini dəyəri 40 milyon avrodur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yeni şokolad növü ixtira edilib VİDEO

Aynur Camal

Mikroplastiklər və vuruş arasında əlaqə tapıldı

Aynur Camal

RUSADA Vəliyevanın dopinq ortağı üçün cinayət cəzası tələb etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu