16 C
Baku
17 Oktyabr 2025, 1:50
Digər

“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna niyə keçmədi?

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabiotun “Mançester Yunayted”ə transferi baş tutmayıb. Buna səbəb futbolçunun agenti olan anasının maddi istəkləridir. Bugun.tv xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Rabiotun anası oğlu üçün mövsüm başına 10 milyon avro maaşla üç illik müqavilə, həmçinin 10 milyon avroluq imza bonusu istəyib. “Mançester Yunayted” bu şərtlərlə razılaşmadığı üçün Rabiot 2019-cu ilin yayından çıxış etdiyi “Yuventus”la müqaviləni uzadıb.

Qeyd edək ki, Rabiot ötən mövsüm 48 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

2 fermada quş qripi epidemiyası aşkar olundu

Nigar Məmmədova

Şəhid Ziyadxan Əliyevin mövludu keçirilib

Bugün TV

“Qalatasaray” Oliveyra ilə yollarını ayırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu