6 C
Baku
5 Fevral 2025, 22:09
Hadisə

Yüzdən çox delfin ölü tapıldı

Bugun.tv xəbər verir ki, quraqlığın hökm sürdüyü və bəzi yerlərdə suyun temperaturunun 39 dərəcəni keçdiyi Braziliya Amazonlarında son bir həftədə 100-dən çox ölü delfin tapıldığı bildirilib.

CNN-in məlumatına görə, Braziliyanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin maliyyələşdirdiyi Mamiraua İnstitutundan verilən açıqlamada ölü delfinlərin hamısı Tefe gölündə aşkarlanıb.

Açıqlamada son bir həftədə bölgədə 100-dən çox delfinin ölməsinin qeyri-adi olduğu vurğulanıb və mütəxəssislərin bu hadisəni quraqlıq və Tefe gölündəki suyun temperaturunun bəzi yerlərdə 39 dərəcəni keçməsi ilə əlaqədar olaraq qiymətləndirilb.

Mamiraua İnstitutunun tədqiqatçısı Andre Coelho verdiyi açıqlamada bölgədəki delfinlərin başqa çaylara köçürülə biləcəyini, lakin bunun təhlükəsiz olmadığını bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

İki yük maşını toqquşdu: 1 nəfər öldü, 1 nəfər yaralandı

Bugün TV

Foça çimərliklərində meduza istilası

İntizar Əmirova

Leysan və dolu yollarda problem yaratdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu