35 C
Baku
20 İyul 2025, 12:03
DünyaHadisə

Yüzlərlə tələbə yeni təhlükəsizlik qanununa etiraz etdi

Bugun.tv xəbər verir ki, Çilidə yüzlərlə tələbə yeni təhlükəsizlik qanununa etiraz edib. Paytaxt Santyaqoda küçələr qarışıb.Təhlükəsizlik qanununda yer alan “imtiyazlı özünümüdafiə” maddəsi tələbələrin reaksiyasına səbəb olub. Çili mətbuatının yazdığına görə, bu maddə polisin silahdan istifadə səlahiyyətini genişləndirib. Buna qarşı çıxan yüzlərlə tələbə küçələrdə barrikadalar qurub. Onlar daş və molotof kokteylindən istifadə edirlər. Polis isə etirazçılara  gözyaşardıcı qaz və təzyiqli su ilə müqavimət göstərib. Hadisələr zamanı bir məktəbdə yanğın baş verib. Yanğınsöndürənlər qısa müddətdə müdaxilə edib. Nümayişlər zamanı çoxlu tələbə saxlanılıb. Konqresin təsdiqlədiyi təhlükəsizlik qanunu bir ay ərzində 3 polisin öldürülməsindən sonra gündəmə gəlib.

Mənbə: NTV haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlandı

Kəmalə Sultan

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan reaksiya

Aynur Camal

Rusiyanın ən cazibədar terrorçusu üçün 21 il həbs

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu