9 C
Baku
13 Dekabr 2024, 7:35
Baş xəbərDünya

Yəhudi mühacirlər işğal altındakı İordan çayının qərb sahilində 3 fələstinlini öldürüb

Bugun.tv xəbər verir ki, İşğal altındakı İordan çayının qərb sahilindəki yəhudi mühacirlər Nablus şəhərində 3 fələstinlini öldürüb, 11 nəfəri yaralayıb. Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, Nablusun Küsra qəsəbəsində fələstinlilərlə fanatik yəhudi köçkünlər arasında insidentlər yaşanıb. Məskunlaşanlar fələstinlilərə həqiqi güllələrlə hücum edərək 3 nəfəri öldürdülər. Köçkünlərin hücumları nəticəsində biri 6 yaşlı uşaq olmaqla 11 fələstinli yaralanıb.

TRT Haber-in məlumatına görə, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumlarında Qəzzada 1055 nəfərin öldüyünü, 5 min 184 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin hücumları nəticəsində 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin isə yaralandığı bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kosmosdan Yeri dəqiq ölçən lazer alətlər hazırlanır

Teymur Əziz

Yol qaydaları kobud şəkildə pozuldu

Aynur Camal

Dünyanın ən böyük iqlim işi Beynəlxalq Ədalət Məhkəməsində başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu