18 C
Baku
23 Oktyabr 2025, 4:59
Dünya

Yəmən Ənsarullah Hərəkatı: Biz daha bir ABŞ pilotsuz təyyarəsini vurduq

Yəmən Ənsarullah Hərəkatı Qəzzaya hücumlardan sonra işğalçı ABŞ-a məxsus daha bir pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.

Ənsarullah Hərəkatının verdiyi açıqlamada, “Yəmənin hava hücumundan müdafiəsi Əl-Cəvf əyalətindəki Əl Yatma bölgəsində Amerikaya məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub” deyə bəyanatlar daxil edilmişdir.

Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi əvvəlki açıqlamasında “Amerikanın 11 silahlı pilotsuz uçuş aparatını (PUA) vurduqlarını” bildirmişdi.

Əbdülməlik əl-Husi həmçinin 2023-cü il oktyabrın 7-də başlayan Əqsa tufanı əməliyyatından sonra ABŞ, sionist rejim və İngiltərəyə bağlı 202 gəmini hədəf aldıqlarını bildirib.

Əl-Husi əməliyyatlarının qətiyyətlə davam edəcəyini vurğulayıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Hökümətə qarşı etiraz: komendant saatı elan edildi

Aynur Camal

Suriyada terror hücumu: Motosikletə bomba yerləşdirdilər

Aynur Camal

Rusiya-Ukrayna müharibəsində kritik inkişaf: ABŞ qadağanı ləğv etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu