Dünya

Yəmən İsrailə raket zərbələri endirdi

İsrail Müdafiə Qüvvələri Yəməndən bir raketin atıldığını və onun İsrail ərazisinə girməmiş hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini açıqlayıb.

Yəməndən İsrailə raket hücumu…

Hücumla bağlı açıqlama verən İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən atılan raket səbəbiylə ölkənin şimal bölgələrində sirenlərin çalındığını açıqlayıb.

Ölkənin üçüncü böyük şəhəri olan Hayfa da daxil olmaqla bir çox bölgədə çaxnaşma yaradan raketin İsrail ərazisinə keçmədən hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyi bildirilib.

İlkin məlumata görə, hücum nəticəsində dağıntı olmayıb.

Hələlik heç bir qrupun rəsmi olaraq üzərinə götürmədiyi hücumun Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi güman edilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu