29 C
Baku
28 İyun 2025, 19:00
Baş xəbər

Zəfər günü qazimizin oğlan övladı dünyaya gəldi, adını Zəfər qoydu – FOTO/VİDEO

Vətən müharibəsində ağır yaralanan qazimiz Novruz Rəsulovun oğlan övladı dünyaya gəlib. Qazimiz övladına, “Zəfər Günü”ndə doğulan övladının adını Zəfər qoyub.

Bu haqda Bugun.tv-yə məlumatı qəhrəmanın özü verib:

“Bu gün bizim çox sevincli, həm də kədərli günümüzdür. Sevincli günümüzdür ki, biz 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmişik. Kədərlənirik ona görə ki, şəhidlərimiz bu günü görmədi. İkinci Qarabağ müharibəsində mən də iştirak etmişəm. Ağır döyüşlərdə yaralanmışam. 3-cü qrup əliləm. Füzuli və Xocavənd rayonlarında döyüşdə olmuşam. Oğlumun dünyaya gəlişi vaxtilə mənim döyüşlərdə yaralandığım tarixi günə təsadüf etdi. Bu gün də onu xəstəxanadan çıxartmışıq. Oğlumuza Zəfər adını vermişik. Övladımın həkimi Günay Fərəcovadır. O, hər iki övladımı dünyaya gətirməsi üçün həyat yoldaşıma təmənnasız xidmət göstərib. Bu xoş gündə məni silahdaşlarım, qazi qardaşlarım da tək qoymadılar.

Aynur Camal

Oxşar xəbərlər

Gimnastımız topla hərəkətlərdə dördüncü oldu

Aynur Camal

İsrail Qəzza zolağına raket zərbələri endirdi

Nigar Məmmədova

Mikroavtobusla yük maşını toqquşdu: 19 yaralı var – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu