10 C
Baku
13 Aprel 2026, 6:01
Baş xəbərİdman

“Zəfər Kuboku”nda 12 medal!

Bugun.tv xəbər verir ki, Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında “Zəfər Kuboku” yarışında ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında 9 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub.

4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.

Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib.

Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıb. Yığmamız 63 xalla 3-cü yeri tutub.

Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medal qazanıb. Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.

Mənbə: Gənclər və İdman Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu