33 C
Baku
20 İyul 2025, 19:09
Baş xəbərDünya

Zəlzələdə ölənlərin sayı 200-ü ötdü

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 202-yə çatıb.

Bugun.tv Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 568 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı 120 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Yağışlı və şaxtalı hava şəraiti axtarış işlərinə mane olur.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları və fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub. Zəlzələ 10 minlərlə sakinin gündəlik yaşayışına mənfi təsir edib. Təbii fəlakət bölgəsindən təxliyə edilmiş 28 min nəfər hələ də müvəqqəti yerlərdə qalır.

Nomura Araşdırmalar İnstitutunun mütəxəssisləri dağıdıcı zəlzələnin ölkə iqtisadiyyatına zərərini 816 milyard yapon yen (təxminən 5,5 milyard ABŞ dolları) həcmində qiymətləndirib.

İntizar Əmirova

Oxşar xəbərlər

Süni intellektlə yaradılmış filmlər Oskar namizədləri oldu

Aynur Camal

Almanların əksəriyyəti İsrailə hərbi dəstəyin əleyhinədir

Aynur Camal

NASA-ya saxta hissələri satmağa çalışıb: 800 min dollar ödəyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu