Baş xəbərDünya

Zəlzələ baş verdi: 6 ev uçdu, 4 nəfər xəsarət aldı

Tayvanda baş verən 6,4 bal gücündə zəlzələdə adanın cənubundakı Tainan şəhərində 6 evin uçması nəticəsində 4 nəfərin yaralandığı bildirilib.

Tayvanın CNA agentliyinin məlumatına görə, adanın cənubundakı Tainan şəhərinin Nanxi rayonunda birmərtəbəli binaların yerləşdiyi Minzu küçəsində baş verən zəlzələdə 6 ev uçub.

Zəlzələ zamanı uçan evlərdə olan 11 nəfər xilas edilərkən, 4 nəfər yaralanıb.

Yaralılar müalicə üçün xəstəxanaya aparılıb.

Zəlzələ və yeraltı təkanlar nəticəsində bölgədə 10 evin uçduğu və ya dağıldığı qeyd edilib. Tayvan Meteorologiya Bürosu 6,4 bal gücündə zəlzələnin baş verdiyini, episentrinin Tayvan adasının cənub-qərbindəki Çiayi əyalətinin 37,9 cənub-qərbində olduğunu bildirdi.

ABŞ Geoloji Xidməti zəlzələnin 6 bal gücündə olduğunu açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Yol-nəqliyyat hadisəsi baş verib

Aynur Camal

9 zəhər satıcısı şübhəli tutuldu

İntizar Əmirova

O, telefon üçün az qala həyatından olurdu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu