25 C
Baku
3 Sentyabr 2025, 11:32
Baş xəbərDünya

Zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb

Anadolu.Agentliyinin verdiyi məlumata görə Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 9 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun Pakistandakı humanitar izi

Aynur Camal

Pakistan Yunanıstanın immiqrasiya siyasətinə reaksiya verdi!

Kəmalə Sultan

H.Kılıç: “Fransa senatının qəbul etdiyi qətnamə əsassızdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu