Bugun.tv xəbər verir ki, Anadolu magistralının Düzce hissəsində 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb.
“TRT Haber” in məlumatına görə, magistral yolun İstanbul istiqamətindəki Yonqalık ərazisində 3 avtomobil və 1 panel furqonun iştirakı ilə qəza baş verib.
Xəbər üzərinə polis, jandarma və Karayolları qrupları bölgəyə sövq edildi. Qəzada yolun sol zolağı Karayolları qrupları tərəfindən ponton və xəbərdarlıq lövhələri ilə bağlandı. Qəza səbəbindən nəqliyyatın idarə olunduğu bölgədə təxminən 10 kilometrlik növbə yaranıb.
Müxbir: İntizar Əmirova