28 C
Baku
20 İyul 2025, 23:24
Baş xəbərDünya

Zərərçəkən 11 100 yaşayış sahəsi söküləcək

Bugun.tv xəbər verir ki, Osmaniyədə evləri dağılan və ya ciddi ziyan görənlər üçün ilk etapda tikiləcək 7 min 100 evin layihəsi hazırlanıb.

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən zərər çəkən Osmaniyədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə bağlı qrupların işləri davam edir.

Fəlakət qurbanlarının ehtiyacları istiqamətində işlərini davam etdirən qruplar, zəlzələ səbəbiylə təcili söküləcək olan 500 binada işlərini yekunlaşdırıb. Fəlakət qurbanları üçün daimi yaşayış işləri çərçivəsində ilk etapda hazırlanacaq 7 min 100 evin layihəsi tamamlanıb.

Tender prosesindən sonra qruplar daimi yaşayış evlərinin tikintisi ilə bağlı işə başlayacaq.

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Mücahit Demirtaş zəlzələdən zərər çəkən Osmaniyedə işlərin sürətini azaltmadan davam etdiyini bildirib.

Demirtaş bölgədə ilk növbədə çadır və konteyner şəhərciklərinin tikildiyini və vətəndaşların buraya yerləşdirildiyini, müraciət prosesindən sonra qrupların qəti zərər təsbiti üçün sahəyə qayıtdıqlarını deyib.

“500-ə yaxın qəzalı bina söküntüsü olub. Bunlar məktəblər, məscidlər, ictimai binalar, eyni zamanda zədələnməsi ehtimal edilən və nəqliyyat marşrutuna təhlükə olan binalar aiddir. İndiyə qədər təcili olanları sökmüşük. 11 min 100 yaşayış sahəsinin dağıdılması nəzərdə tutulub”.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Tibb Təhsili üzrə Beynəlxalq Konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Bugün TV

X.Quliyev adına 62 nömrəli məktəb-liseydə yekun tədbirlər görülüb – VİDEO

Bugün TV

Blinken: İsrail-ərəb münasibətlərinin normallaşması üçün Qəzzada münaqişə sona çatmalıdır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu