19 C
Baku
8 Sentyabr 2024, 3:26
Kriminal

Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verib. 4 nəfər Zərdab rayon sakini RPŞ-ə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini deyib.Yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər.

Əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında bir nəfər rayon sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan 3 təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvanı ələ keçirib.Dəyərindən ucuz qiymətə satıb.
Zərərçəkmişlərə ümumilikdə 22000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Yeniyetmə anasının qisasını almaq üçün ögey atasını öldürdü

İntizar Əmirova

Falçılıq adıyla dələduzluq edən qadın saxlanıldı

Nigar Məmmədova

Bankı qarət etməyə cəhd olundu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu