18 C
Baku
8 Sentyabr 2024, 6:47
Baş xəbər

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəy rayonunda – FOTO

24-25 iyun 2024-cü il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.

Bugun.tv xəbər verir ki, aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olunub.

Aksiya çərçivəsində 250-dan çox pasiyent müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar edilib. Həmçinin ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin olunub.

Tibbi aksiyanın əsas məqsədi Gədəbəy rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir.

2 günlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Əliyeva Tərlan və dr. Həsənzadə Lamiyə tərəfindən həyata keçirilib.

Aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri t.ü.f.d. Abdıyeva Yazgül, Səyyar Klinikanın baş həkimi DR. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçisi Qurbanova Leyla və Səyyar Klinikanın sürücüsü Nəsirov Vasif iştirak edib.

Bugün TV

Oxşar xəbərlər

Yayılmış viruslar nadir qara qu quşunu məhv edə bilər

Aynur Camal

Babasının ov tüfəngi ilə oynayarkən özünü vurdu

Bugün TV

YAP qalib xalqın qalib partiyasıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu