26 C
Baku
2 İyul 2025, 11:15
Dünya

Z nəsli ‘bekarlıq sultanlıqdır’ deyir

Araşdırma məlumatları çaşdırdı!

Almaniyada aparılan genişmiqyaslı araşdırma təəccüblü nəticələr verib. Yeni araşdırma 2000-ci illərin əvvəllərində doğulan gənclərin 10 il əvvəl doğulanlara nisbətən subay olmaqdan daha çox məmnun olduğunu ortaya çıxarıb.

Almaniyanın Mainz Yohannes-Qutenberq Universitetinin nəşr etdiyi araşdırmaya görə, mütəxəssislər 2008-ci ildən bəri ölkədə romantik münasibətləri və ailə dinamikasını araşdıran araşdırma qrupunun məlumatlarını təhlil ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, 2001-2003-cü il təvəllüdlü gənclər 1991-1993-cü il təvəllüdlülərlə müqayisədə subay olmaqdan “əhəmiyyətli dərəcədə razıdırlar”.

Araşdırmanın aparıcı müəllifi, Psixoloq Dr. Tita Qonzales Aviles açıqlamasında xüsusilə Qərb ölkələrində subay olmağın əvvəlkindən daha çox sosial baxımdan məqbul olduğunu bildirib.

Aviles “gənclərin bu gün həyatlarını fərdi şəkildə yaşamağa daha çox dəyər verdiyini” ifadə edərək, subay olmaqdan məmnun ola biləcəklərinə diqqət çəkib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tələbələr Qəzzalılara dəstək olaraq aclıq aksiyasına başladılar

Aynur Camal

Küveyt Fələstinə dəstək üçün “hava körpüsü” qurdu

Bugün TV

Yalovada meşə yanğını

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu