28 C
Baku
9 İyun 2025, 20:05
Baş xəbərTexnologiya

Zahid Oruc: “Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb”

Hazırda Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb.

Bugun.tv xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” nəticələrinin təqdimatı ilə bağlı konfransda söyləyib.

Zahid Oruc bildirib ki, maraqlı qüvvələr Azərbaycan gəncləri arasında yad dini-ideoloji təbliğatda yeni texnologiyalardan istifadə edirlər. Virtual məkan burada sui-istifadə edilir. Bir çox faktlar göstərir ki, uşaq və gəncləri hədəfə alan məqsədyönlü fəaliyyətlər çoxluq təşkil edir.

“İndi Laçın və bütün coğrafi sərhədlərimizdə qurulan istehkamlar virtual sərhədlərimizin qorunması ilə birlikdə aparılmalıdır”, – deyə komitə sədri vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İki helikopter havada toqquşub – ölənlər var

Aynur Camal

Fransada yaşayan iranlılar molla rejiminə qarşı etiraz aksiyası keçirir

Aynur Camal

Qaya parçaları yola düşüb: 1000-dən çox insan tıxacda qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu