Məşhur “Zalım, pis, yaxşı” filmindən tanıdığımız aktyor, 99 il ömür sürmüş, 87 filmə çəkilmiş İlay Uollaxın (1915-2014) bu gün anım günüdür.
Bugun.tv xəbər verir ki, bu barədə maraqlı məlumatların araşdırmaçı jurnalisti Anar Tağıyev öz paylaşımında yazıb:
“Aktyor ABŞ-da Polşadan miqrasiya etmiş yəhudi cütlüyün ailəsində dünyaya gəlib. İkinci Dünya Müharibəsinə görə aktyorluq fəaliyyətinə fasilə verən sənətçi qəhrəmanlıqlarına görə bir sıra medallarla təltif olunub. O, hərbi xidmətə kiçik leytenant rütbəsi ilə başlasa da, müharibəni kapitan rütbəsi ilə başa vurub. Aktyor “Zalım, pis, yaxşı” filminin çəkilişi zamanı üç dəfə ölümlə qarşılaşıb. O, əvvəlcə səhvən qazlı su butulkasının yanına qoyulmuş şüşədəki turşunu içib. İkinci ölüm təhlükəsi filmdə asılmaq fraqmenti çəkilərkən kiminsə tapançadan atəş açması nəticəsində yaralanıb. Filim çəklişi zamanı Uollakın əlləri hələ də arxasına bağlı ikən altındakı at hürküb qaçır. 3-cü ölüm epizodu qatarın relsləri üzərində uzanarkən baş verir. Az qalır ki, aktyorun başı kəsilsin. Eli Uollax “Zalım, pis, yaxşı”dakı rəqibləri – Klint İstvud və Li Van Kliflə real həyatda çox yaxın dost olub. Uollax 1945-1950-ci illər bir neçə ekran əsərində çəkildiyi aktrisa Enn Ceksonla ailə qurub və ABŞ-ın bir çox aktyorlarının ailələrindən fərqli olaraq bu cütlüyün ailəsi çox güclü olub, onlar heç zaman ayrılmayıblar. Cütlük səhnədə və ictimai yerlərdə hərmişə birlikdə görünürmüş.
Uğurlu rollarına görə, BAFTA, Toni və Emmi, “Qızıl qlobus” və digər nüfuzlu mükafatları almış Eli Uollaxın karyerası 60 ildən çox davam edib və 100-ə yaxın filmdə çəkilib. Uollax 24 iyun 2014-cü ildə 99 yaşında vəfat edib, meyiti yandırılıb. Xanımı Enn Cekson isə 12 aprel 2016-cı ildə vəfat edib”.