19 C
Baku
22 Noyabr 2024, 16:03
Baş xəbərDünya

Zambiyada vəba və qarayara xəstəliyindən ölənlərin sayı artır

Zambiyada iki təhlükəli yoluxucu xəstəliyin – vəba və qarayaranın yayıldığı bildirilir.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir gündə ölkədə vəbaya yoluxanların sayı 74 nəfər artıb, onlardan 70-i Lusakadadır.

Lusakada bu xəstəlikdən daha üç nəfər ölüb, bununla da ümumi ölüm sayı 60-a çatıb. Vəba “çirkli əllərin xəstəliyi” adlandırıldığından səlahiyyətlilər əhalini sanitariya və gigiyena qaydalarına riayət etməyə çağırıb. Zambiya ilə eyni vaxtda Zimbabve və Mozambikdə də vəba halları qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikada 2011-ci ildən bəri vəba xəstəliyində nəzərəçarpacaq artım müşahidə olunub.

Teymur Əziz

Oxşar xəbərlər

“AzərEnerji” Laçında yeni yarımstansiya tikir

Teymur Əziz

Sis gözəl mənzərə yaradıb

İntizar Əmirova

BMT Qəzzaya təcili sığınacaq verməyə çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu